Avropanın sanksiyaları Rusiyanı Ukrayna müharibəsindən çəkindirə biləcəkmi?

Avropanın sanksiyaları Rusiyanı Ukrayna müharibəsindən çəkindirə biləcəkmi?

Bu sanksiyaların tətbiqi, rəsmi Moskvanı heç zaman mövqelərindən geri çəkməyəcək. Çünki Rusiya da fərqindədir ki, Qərbin atmış olduğu addımların arxa planında əslində Rusiyanı parçalayaraq, onu tamamilə dünya dövlətləri arasında gözdən salmaq kimi amil durur. Əgər bu hal baş verərsə, Rusiya nəinki Şərqi Avropadakı, eləcə də Orta Asiya, Cənubi Qafqaz və eyni zamanda Yaxın Orta Şərqdə olan bütün mövqelərini bir göz qırpımında itirə bilər. Odur ki, Rusiya bütün ciddi cəhdlə sanksiyalara duruş gətirərək, yaxınlaşmaqda olan qışı səbirsizliklə gözləyəcək. Və bu zaman yaranmış vəziyyət sözün əsl mənasında Rusiyanın lehinə işləyəcək.

Digər tərəfdən rəsmi Moskva hazırda Qərbin bu kimi təhdidlərinə cavab olaraq Çin kimi iqtisadi bir güc mərkəzi ilə bərabər bir şəkildə hərəkət etməyi düşünür. Bundan başqa Moskva Türkiyə amilinə də getdikcə daha çox önəm verməkdədir. Çünki, hazırda Qərbin daha çox ehtiyat etdiyi məsələ Türkiyə faktorunun hansı güc mərkəzindən yana olması amilidir. Odur ki, Rəsmi Moskva hazırda Yaxın Orta Şərqdə baş verən proseslərdən faydalanaraq, Türkiyənin timsalında bütün narazı müsəlman dünyasını öz yanında görmək kimi təşəbbüslər ilə çıxış etməkdədir.

Müsəlman dünyasının Qərbdən üz döndərməsi və bunun fonunda Qərb aləmində yaşanan iqtisadi krizlər, bugünkü gün kimi Rusiyaya əl qol açdırmamışdır. Odur ki, Rusiya ona qarşı tətbiq olunan hər hansı bir sanksiya qarşısında öz acizliyini ortaya qoymayacaq.

Gülnarə Qurbanova

Bütün xəbərlər Facebook səhifəmizdə