Asim Mollazadə: “Bu məsələdə BQXK-nı yox, əsl cinayətkarları günahlandırmalıyıq”
"Kəlbəcərdə azərbaycanlıların əsir götürülməsi Ermənistanın işğalçı qüvvələrinin növbəti cinayətkar əməlidir". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.
A. Mollazadə hesab edir ki, bu məsələdə Beynəlxalq Qızıl Xaç Komitəsini yox, əsl cinayətkarları günahlandırmalıyıq: "Bu gün bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistan hər zaman olduğu kimi, yenə də mülki əhaliyə, sadə vətəndaşlara qarşı işgəncələr, həbslər həyata keçirir. Təbii olaraq azərbaycanlılar girovluqdan azad edilməlidir və bununla bağlı Azərbaycan bütün beynəlxalq təşkilatlara müraciət etməlidir".
Millət vəkili deyib ki, beynəlxalq təşkilatların Azərbaycanla bağlı məsələlərə etinadsız yanaşmasına qarşı mübarizə aparılmalıdır: "Bu məsələləri beynəlxalq təşkilatlar qarşısında qaldırmaq lazımdır. Hesab edirəm ki, o zaman nəyəsə nail ola bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB