Azərbaycan prezidenti perulu həmkarını təbrik edib

Azərbaycan prezidenti perulu həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti Olyanta Umala Tassonu bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Ümidvaram ki, Azərbaycan-Peru əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə