Elçin Mirzəbəyli: “Ermənistanın hansı potensialı var ki, onlar Türkiyəyə turist axınını gücləndirsinlər?”

Elçin Mirzəbəyli: “Ermənistanın hansı potensialı var ki, onlar Türkiyəyə turist axınını gücləndirsinlər?”

"Bu Türkiyədə separatçılıq meyllərini gücləndirən qruplar daha fəallaşıb. Onların da ermənilərlə əlaqələri var. Yəni ciddi formada əməkdaşlıq edirlər". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Türkiyənin bəzi dairələrinin Ermənistanla turizm əlaqələrini gücləndirərək münasibətləri yumşaltmaq istəyinin əks effekt verməsini şərh edərkən deyib.

E.Mirzəbəyli bildirib ki, həmin qruplar belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Ermənistanla əlaqələr genişlənərsə, o zaman bölgənin iqtisadi imkanları artacaq: "Ancaq Ermənistanın özünün faciəvi bir iqtisadi durumda olduğunu dilə gətirmirlər. Əslində Türkiyə ilə Ermənistan arasında iqtisadi əlaqələrin olmadığını deyənlər yanılırlar. Gürcüstan üzərindən hər gün çoxlu sayda tır və avtobuslar Ermənistana yük daşıyır. Amma Ermənistanın hansı potensialı var ki, onlar Türkiyəyə turist axınını gücləndirsinlər? Məgər Ermənistanda əhali qalıb ki Türkiyəyə turist kimi gedən olsun? Türkiyəyə gedənlər qeyri-leqal olaraq fəaliyyət göstərirlər. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın özünün də ifadə etdiyi kimi b u ölkədə 70 minə qədər erməni qanunsuz olaraq çalışır. Bu əslində real bir mənzərədir. Sərhədlər açılmasa da Ermənistanla iqtisadi əlaqələr var".

E.Mirzəbəyli qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında iqtisadi əlaqələrin güclənib, güclənməməsindən asılı olmayaraq Ermənistan elə bir faciəvi durumdadır ki, yalnız Azərbaycan torpaqlarını işğaldan azad edəcəyi təqdirdə bu durumdan qurtara bilər.

Qeyd edək ki, Azərbaycanın tarixi şəhərləri olan Qars və İqdırda Ermənistanla sərhədlərin açılmasına istəyənlər artsa da, ermənilər Türkiyəyə torpaq iddiasından əl çəkmirlər. Şəhərin bəzi dairələrinin Ermənistanla turizm əlaqələrini gücləndirərək münasibətləri yumşaltmaq istəyi də əks effekt verir. Bunun nəticəsidir ki, Qarsa səfər etmiş bir dəstə erməni turist şəhərin tarixi qalasında erməni bayrağını açaraq şəkil çəkdiriblər. Erməni turistlər daha sonra Ermənistanın himnini oxuyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə