Mübariz Əhmədoğlu: “Həmsədrlər hadisələrə reaksiya verməkdən çəkinir” AÇIQLAMA
"Ermənilər ATƏT-in Minsk qrupunun təqdim etdiyi sənədi başa düşmədiklərini və bunun üçün də əlavə izah istədiklərini deyirlər". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan dövlətinin əsir aldıqları azərbaycanlılarla bağlı mətbuatda müxtəlif təxribat xarakterli bəyanatlarına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, bütün bunlar Ermənistanın ən böyük dayağı, himayədarı olan bəzi beynəlxalq qurumların, xüsusən də ATƏT-in Minsk qrupunun hadisələrə qeyri-adekvat münasibətindən qaynaqlanır: "Ermənilər ATƏT-in Minsk qrupunun təqdim etdiyi sənədi başa düşmədiklərini və bunun üçün də əlavə izah istədiklərini deyirlər. Amma ATƏT həmsədrləri də o izahı onlara vermir. Bununla belə Ermənistan tərəfi iddia edir ki, biz Kəlbəcər rayonunu minalayacağıq, Təbii ki, bu da həmin regiona əlavə hərbi elementlərin cəlb olunmasıdır. Eləcə də bu, Helsinki Yekun aktına əsasən güc tətbiq etməmək prinsipinin pozulması deməkdir. Beləcə, ATƏT həmsədrləri də buna heç bir reaksiya vermirlər.
Hətta işğalçı ölkə bildirir ki, biz Kəlbəcər əhalisini silahlandıracağıq. Hesab edirəm ki, bu da regiona əlavə hərbi elementlərin, silahların cəlb olunması deməkdir. Hazırda erməniləri ruhlandıran amil ATƏT həmsədrlərinin fəaliyyətsizliyidir. Sanki həmsədrlər erməni tərəfi ilə son kampaniyalarda müştərək, şərikli qüvvə kimi çıxış edirlər. İndi iş o yerə gəlib çatıb ki, ermənilərin cəbhədəki avantüraları, qanunsuzluqları və s. birbaşa özlərinin əleyhinə çevrilib. Bütövlükdə götürdükdə ümumi vəziyyət ermənilərin öz ziyanına olsa belə, yenə ATƏT həmsədrləri bu hadisələrə reaksiya verməkdən çəkinirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB