Həmsədrlər bəyanat yayacaqlar

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki yeni zorakılıq faktlarından narahat olduqları üçün bəyanat yayacaqlar. SİA bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Twitter" səhifəsinə istinadən xəbər verir.

Həmsədr öz səhifəsində Minsk qrupu nümayəndələrini və ATƏT-in baş katibini Dağlıq Qarabağ münaqişəsinə dair son müzakirələr barədə məlumatlandırmaq üçün Vyanaya yollandığını qeyd edib.

Xatırladaq ki, ötən gün Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşü keçirilib və bu görüş çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə