Akif Aşırlı: “İnternet mediada qeyri-peşəkarlar tüğyan edir”

Akif Aşırlı: “İnternet mediada qeyri-peşəkarlar tüğyan edir”

"Artıq milli mətbuatımızın 139 illiyi tamam olur. Bu illər ərzində Azərbaycan mətbuatı müxtəlif mərhələlərdən keçib. Bu gün Azərbaycan mətbuatı azad sözün, azad firkin daşıyıcısı olan mətbuat orqanlardır". Bunu SİA-ya "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

"Çox xoşdur ki, Sovetlər dönəmindəki avtoritar qəzetçilik metodundan imtina etdik və Qərb qəzetçilik metodu şəklində media nümunələri yaratmışıq və bu həm internet, həm çap mediasının inkişafı, həm də dövlətin prioritet hesab etdiyi söz azadlığı siyasətinin bir nəticəsidir, - deyə baş redaktor bildirib.

A.Aşırlı deyib ki, bu gün dövlət milli mətbuatımızın inkişafına öz dəstəyini göstərir: "Biz də bu dəstəyi çox yüksək qiymətləndiririk".

Milli Mətbuatımızın problemlərindən danışan A.Aşırlı vurğulayıb ki, bu gün sürətlə inkişaf edən internet mediada qeyri-peşəkarlar tüğyan edir: "Onlar ictimai rəyə doğru, düzgün, obyektiv məlumatların ötürülməsi prosesində müəyyən mənada maneçiliklər yaradır. Bundan başqa mətbuatımızın digər problemi reklam bazarının tam formalaşmamasıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə