Siyavuş Novruzov: “Ərdoğan qalib olacaq” AÇIQLAMA

Siyavuş Novruzov: “Ərdoğan qalib olacaq” AÇIQLAMA

"Hesab edirəm ki, prezident seçkilərində həm partiya, həm regiondakı nüfuzu həm də türk xalqına göstərdiyi xidmətlər baxımından "AK Parti" və onun namizədi Rəcəb Tayyib Ərdoğan qalib gələcək". SİA-nın xəbərinə görə, bu sözləri YAP icra katibinin müavini Siyavuş Novruzov Türkiyədə keçiriləcək prezident seçkilərilə bağlı AzVision.az-a açıqlama verərkən deyib.

Onun sözlərinə görə son 10 ildə Türkiyənin inkişafı fonunda inflyasiyanın aşağı salınması, ictimai- siyasi vəziyyətin yaxşılaşdırılmasında R. T. Ərdoğanın xüsusi rolu olub: "Hər bir ölkədə keçirilən seçkilər, müəyyən mənada həmin ölkənin taleyini müəyyən edir. Türkiyə də bir sistemdən yeni bir sistemə keçirilir. Yəni əvvəllər Türkiyə parlamentli respublika kimi fəaliyyət göstərirdisə və prezident parlament tərəfindən 7 il müddətinə seçilirdisə, indi türk konstitusiyasına dəyişiklik olunub. Artıq prezident 5 il müddətinə seçilir. Ümummili lider Heydər Əliyev, hələ Süleyman Dəmirəlin prezidentliyi dövründə belə bir təklif vermişdi. Türkiyə əvvəl-axır bu sistemə keçməli idi. Təbii ki, illər keçdikcə Türkiyə başa düşdü ki, bu sistemə keçməklə həm idarəçilik sisteminin təkmilləşdirilməsi, həm də dövlətin möhkəmlənməsinə xüsusi xidmət edəcək. Türkiyədə ilk dəfədir yeni sistemə əsasən keçiriləcək seçkilərə diqqət olduqca yüksəkdir".

Qeyd edək ki, Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) prezidentliyə namizədlərin rəsmi sayını açıqlayıb. Prezidentliyə 3 nəfərin namizədliyi qeydə alınıb. Onlar baş nazir Rəcəb Tayyib Ərdoğan, müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlu və Səlahəddin Dəmirtaşdır.

YSK bəyan edib ki, prezident seçkiləri avqustun 10-da keçiriləcək. İlk mərhələdə qalib müəyyən edilməzsə, avqustun 24-də təkrar seçkilər keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə