Prezident Nikaraquanın XİN rəhbərini qəbul edib

Prezident Nikaraquanın XİN rəhbərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 9-da Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopezi qəbul edib.

SİA-nın məlumatına görə, xarici işlər naziri Samuel Santos Lopezin Azərbaycana səfərinin Nikaraquadan ölkəmizə ilk yüksək səviyyəli rəsmi səfər olmasının önəmini vurğulayan dövlətimizin başçısı gələcəkdə bu cür səfərlərin intensivləşəcəyinə əminliyini ifadə edib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev Azərbaycan ilə Nikaraqua arasında siyasi, iqtisadi, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.

Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopez ölkəmizə ilk rəsmi səfərindən məmnunluğunu bildirib. Nazir Azərbaycanda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə