Əli Əhmədov: "YAP uğurlar salnaməsinə yeni uğurlar yazacaq"

Əli Əhmədov: "YAP uğurlar salnaməsinə yeni uğurlar yazacaq"

"Yeni Azərbaycan Partiyası dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı hazırlığa start verib". SİA-nın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məqsədlə partiya daxilində işlər aparılır: "YAP-ın istər mərkəzi strukturları, istərsə də yerli strukturları qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqlara başlayıblar. Bu hazırlığın əsas istiqamətlərindən biri də namizədlərin müəyyənləşdirilməsidir. YAP bələdiyyələrdə geniş şəkildə təmsil olunub. Biz əsasən ötən 5 il ərzində YAP-ı bələdiyyələrdə təmsil edən üzvlərin necə fəaliyyət göstərdiyini dəyərləndirəcəyik. Onların həm də müəyyən qədər təcrübəsi var. Onların arasında etimadı doğruldanlar yenidən bələdiyyələrdə təmsil olunmaq şansı qazanacaq, YAP tərəfindən namizəd kimi irəli sürüləcəklər. Təbii ki, yeni gənc nəsil də ictimai-siyasi həyatda yaxından iştirak etmək istəyini ortaya qoyur. 5 il ərzində bacarıqlı, ictimai-siyasi həyatda özünü göstərmiş gənclərin içərisindən seçim edəcəyik. Onlardan da xeyli sayda şəxsin YAP tərəfindən namizədliyi irəli sürüləcək".

"Güman edirəm ki, Yeni Azərbaycan Partiyası dekabr ayında növbəti bələdiyyə seçkilərində yenə də uğur qazanacaq, özünün uğurlar salnaməsinə yeni uğurlar yaza biləcək" - deyə, Ə.Əhmədov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə