“Vidadi Mirkamal nə Milli Şuranın, nə də KXCP-nin sözçüsüdür” QARŞIDURMA

“Vidadi Mirkamal nə Milli Şuranın, nə də KXCP-nin sözçüsüdür” QARŞIDURMA

"Milli Şuranın bilərəkdən sessiyasını KXCP-nin qərargahında keçirmək istəmir. SİA-nın məlumatına görə, bunu Milli Şuranın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib.

O, iddia edib ki, KXCP-nin Milli Şuraya münasibəti bəllidir və KXCP qurumdan çıxmaq üçün məqam gözləyir: "Əgər növbəti dəfə KXCP-nin qərargahında sessiya keçirsək, eyni məsələ yenidən qaldırılacaq. Biz tədbirimizi daha sakit, qalmaqalın olmadığı yerdə keçirmək istəyirik".

Bu arada M.Mirəlioğlu bu iddiaya münasibətini açıqlayıb: "Qurumun bir neçə sessiyası məhz KXCP-nin qərargahında olub. Vidadi Mirkamal nə Milli Şuranın, nə də KXCP-nin sözçüsüdür. Görünür, kimsə qərargahımıza gəlməklə bağlı problem yaşayır".

Xatırladaq ki, Milli Şura ilə KXCP arasında soyuq münasibətlər yaşanmaqdadır və Mirmahmud Mirəlioğlunun partiyası bir neçə ay öncə qurumdan çıxmaq haqqında qərar vermişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə