Proqram və Virtual xəritənin təqdimatı keçirilib FOTO

Proqram və Virtual xəritənin təqdimatı keçirilib FOTO

Bu gün "Azərbaycan Könüllülük Xidməti" Proqramı və "Gənclər mərkəzləri və gənclər evləri" Virtual xəritəsinin təqdimatı keçirilib. SİA-nın məlukatına görə, tədbirdə Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Gənclər Fondu Müşahidə Şurasının sədri Tahir Süleymanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, millət vəkili Hadı Rəcəbli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seydizadə və digər rəsmi qonaqlar iştirak edib.

Mərasimə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.

Daha sonra "Gənclər Evləri və Gənclər Mərkəzləri" Virtual xəritəsinin, eləcə də "Azərbaycan Könüllülük Xidməti" Proqramının təqdimatı keçirilib.

Diqqətı çatdırılıb ki, Azərbaycan Könüllülük Xidməti Proqramının əsas məqsədi öllkədə könüllü hərəkatına təkan vermək, könüllülərin inkişafı və onların idarə edilməsində və ölkədəki gənclər evləri və mərkəzləri arasında gənc könüllülərin mübadiləsinə dair standartların tələb ediıməsidir. Proqram iyun ayında start götürməklə ilin sonunadək həyata keçiriləcək və ölkənin 60 gənc liderini və 15 gönclər evini və mərkəzini əhatə edəcək. Proqram çərçivəsində könüllülərlə iş üzrə yerli koordinatorların hazırlanması, yerlərdə könüllülərin 1 aylıq mübadiləsi və təcrübəsi proqramının təşkil olunması planlaşdırılır.

Vurğulanıb ki, "Gənclər mərkəzləri və Gənclər evləri" virtual xəritəsinin əsas məqsədi, əlaqə məlumatlarına və 3D vidoe-turun vasitəsilə ölkənin gənclər evlərinin və mərkəzlərinin elektron resurs şəbəkəsinin yaradılması idi.Bu ilin 6 ayı ərzində (yanvar-iyun) həyata keçirilən layihə çərçivəsində 28 gənclər mərkəzləri və evləri arasında sorğu keçirilib və 3D vidoe çəkilişləri həyata keçirilib. Bu işin nəticəsi olaraq ölkənin gənclər siyasəti, Dövlət Gənclər Proqramının və digər məlumatlarla birgə "Gənclər mərkəzləri və Gənclər evləri" virtual rssurs mərkəzi yaradıləb.

Qeyd edilib ki, "Azərbaycan Könüllülük Xidməti" Proqramı və "Gənclər mərkəzləri və Gənclər evləri" Virtual xəritəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə