Super seçki reklamı baxmağa dəyər

Bələdiyyə sədri olmaq istəyən namizəddən çılğın seçki kampaniyası
Super seçki reklamı baxmağa dəyər

İyunun 29-da Şimali Kipr Türk Respublikasında keçiriləcək bələdiyyə seçkisində iştirak edən namizədlərdən biri seçki platformasını açıqlamaq üçün maraqlı yol seçib. Futbol meydançasında qapıya penalti zərbələri endirən namizəd, vurduğu qolla bu dəfə qələbə çalacağını bəyan edib.

Bələdiyyə sədri olmaq istəyən namizəddən çılğın seçki kampaniyası. O, bələdiyyə sədrliyinə iddialı olduğunu qeyri-adi yolla ifadə edib.

Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada Bələdiyyə sədri olmaq istəyən Arif Salih Kırdağın maraqlı seçki kampaniyası sosial şəbəkələrdə xeyli maraq doğurub. O, ibdiyədək məğlub olduğu seçiləri, futbol meydançasında qapıya vurduğu penalti zərbələrinin qol olmaması ilə ifadə edib. Arif Salih, bu dəfə qələbə qazanacağını isə vurduğu qolla bəyan edib.

İyunun 29-da keçiriləcək seçkidə bitərəf namizəd olan Arif Salih Kırdağın çəkdirdiyi reklam filmi facebook və tuiterdə xeyli paylaşılıb. O, həmçinin paytaxtın ən işlək bölgəsində yolun kənarına asdığı "Bu da mı qol deyil Lefkoşa?" reklamı ilə sakinlərin diqqətini özünə cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə