"Leyla Yunus kimilər pula görə hər şeylərini satarlar" ETİRAZ

"Leyla Yunus kimilər pula görə hər şeylərini satarlar" ETİRAZ

Bakıda keçirilən ATƏT-in Parlament Assambleyasının toplantısında bəzi sifariş almış və müxalifətin təsiri altında olan QHT təmsilçiləri Azərbaycan dövləti və xalqı ilə bağlı böhtan xarakterli ittihamlar səsləndiriblər. Bu ittihamlara Avropa parlamenti dəstək verməsə də, amma yenə də bu yöndə şər-böhtan davam etdirilir. Sapı özümüzdən olan baltaların bu hərəkətlərinin səbəbi nədir? Bu mövzu ilə bağlı müsahiblərmizə müraciət etdik.

Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov:

- Bəzi sifariş almış QHT təmsilçilərinin ölkəmiz haqqında yersiz danışması onların ikiüzlü siyasətbazlıqlarından irəli gəlir. Müxalifətin sifarişi ilə oturub-duran şəxslər vəzifə naminə hər şey edərlər. Digər tərəfdən isə bu cür şəxslərin belə hərəkətlərə əl atmaları maliyyə vəsaitinə həvəsli olmalarından irəli gəlir. Qısası, Leyla Yunus kimilər pula görə, hər şeylərini satarlar. Bu şəxslər nəinki milli mənafeylərini qurban verərlər, yerli gəlsə öz namuslarını və qeyrətlərini də ayaqlar altına atarlar. Təbii ki, bu cür adamlar şərəfsiz adlanırlar.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- Mən də bir QHT təmsilçisi olaraq Bakıda keçirilən ATƏT-in Parlament Assambleyasının toplantısında iştirak etmişəm. Müxalifətin təsiri altında olan bəzi QHT-lərin bilərəkdən Azərbaycan dövlətinin və xalqının əleyhinə reallığı özündə əks etdirməyən əməllərə əl atması yersiz bir hərəkətlər idi. Bir sözlə, bu kimi təşkilatlar cəmiyyətin inkişafına heç bir halda xidmət etmir. Söz yox ki, bu cür yersiz hərəkətləri və acıqlamaları ilə onlar uzağa gedə bilməzlər. Çünki gec-tez maddi və mənəvi dəstək verən qüvvələr də onlardan imtina edəcək. Bu da onların sonu olacaq.

Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin rəhbəri Rufiz Qonaqov:

- QHT təmsilçisi olaraq mən də Bakıda keçirilən ATƏT-in Parlament Assambleyasının toplantısında iştirak etmişəm. Xarici qüvvələrin təsiri altında olan bəzi QHT rəhbərlərinin real faktlara əsaslanmayan hesabatları oldu. Təbii ki, biz də sifariş əsasında yersiz hərəkətlərə əl atan QHT-lər tərəfindən səslənən bu cür hesabatların heç bir real fakta əsaslanmadığını sübut etdik. Təəssüflər olsun ki, Azərbaycandan olan Leyla Yunus kimi QHT rəhbərləri beynəlxalq təşkilatlara reallığı əks etdirməyən məlumatlar ötürürlər. Təbii ki, bu cür hərəkətləri onlara baş ucalığı gətirmir. Sapı özümüzdən olan baltaların bu cür hərəkətlərə əl atmalarının səbəbi onların xarici qüvvələr tərəfindən maliyyələşmələri ilə bağlıdır. Ümumiyyətlə, onlar bu cür hərəkətləti ilə özlərini xalqın gözündən tamamilə salır.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə