Tənzilə Rüstəmxanlı: “Leyla Yunus özü dediklərinə inanırmı?” İTTİHAM

Tənzilə Rüstəmxanlı: “Leyla Yunus özü dediklərinə inanırmı?” İTTİHAM

"Leyla Yunusun nə olduğu, kim olduğu onsuz da bəlli idi. Leyla Yunus illərlə Azərbaycan əleyhinə, Azərbaycanın milli maraqları əleyhinə çalışmış bir adamdır. Azərbaycanın əleyhinə hər türlü çirkabları atan bir adamdır. Bu bir sübutdur ki, o xəyanətkar bir fərddir". Bu fikirləri SİA-ya açıqlamasında Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı "Sülh və Demokratiya İnstitu"nun Bakı təmsilçisi Leyla Yunusun açıqlamalarına münasibət bildirərkən deyib.

"O ki, qaldı Prezidentimizin çıxışına, O, AŞPA-da çox gözəl məntiqli, möhtəşəm və qürur verəcək bir çıxış etdi", - deyə qeyd edən Tənzilə Rüstəmxanlı bildirib ki, şəxsən o Prezident İlham Əliyevin AŞPA-dakı çıxışını izləyib və oxuyub: "Prezidentimiz həmin möhtəşəm çıxışında Avropanın bildikləri, lakin etiraf etmədikləri gerçəklikləri dilə gətirmiş olub. Ölkə başçımız orada qürur sərgiləyib və bizim ən ciddi məsələmiz olan Qarabağ problemini dilə gətirib. Yəni əslində, insan haqlarından "siyasi məhbuslardan" danışan Avropaya daha böyük qlobal məsələlər haqqında danışıb. "Sizlər onu görməlisiniz, ancaq görmürsünüz" məntiqi ilə çıxış edən Prezidentin irəli sürdüyü amillərin də əsl mahiyyəti məhz bu idi".

Azəri-Türk Qadınlar Birliyinin sədri bir qrup adamın hərəkətlərinin ciddi qəbul edilmədiyini də vurğulayıb: "Qaldı ki, Leyla Yunusun adamlarının orada iştirak etməsinə, bəzi jurnalistlərin suallarına, əslində Avropa onları ciddi qəbul etmədi. Sual edirəm, Leyla Yunus özünün söylədiklərinə inanırmı? Əlbəttə ki, yox. Çünki Leyla Yunus hətta öz dediklərinə belə heç vaxt inanmayıb".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə