Azay Quliyev: "Ümid edirəm ki, bu məsələ ATƏT-in Bakı deklarasiyasında öz əksini tapacaq"

Azay Quliyev: "Ümid edirəm ki, bu məsələ ATƏT-in Bakı deklarasiyasında öz əksini tapacaq"

"ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında müzakirə edilən "Helsinki+40: Hər bir insanın təhlükəsizliyinə doğru" qətnamə layihəsinə hazırkı situasiyaya uyğun əlavə və dəyişiklər var". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev qətnamə layihəsinə münasibət bildirərkən deyib.

Azay Quliyev qətnamə layihəsinin əsasən silah və sursata ümumi nəzarətlə bağlı olduğunu deyib və qeyd edib ki, ATƏT-in bu istiqamətdə bir sıra sənədləri, o cümlədən Vyana sənədi var: "Bu sənədlər əsasən bu istiqamətdə bu gün mövcud çərçivəni tənzimləyir. Ancaq bu gün müzakirəyə çıxarılan qətnamə layihəsində hazırkı situasiyaya uyğun əlavələr var. Mən xüsusən Ukraynadakı vəziyyəti nəzərdə tuturam. Ona görə də bu, çox önəmli layihədəir. Bu, bütövlükdə Helsinki prinsiplərinin ATƏT regionunda tətbiqi üçün yeni stimul verəcək".

Qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsindən əksini tapıb-tapmaması məsələsinə də toxunan Azay Quliyev əlavə edib ki, bu ili aprel ayında Kopenhagendə ATƏT PA-nın Bürosunun iclasında qətnamə layişəsinə 2 mühüm maddə salınmasını təklif edib: "Bu maddələrdən biri konfliktlərin həllinin yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı olub. Bu müddəa artıq bu gün müzakirəedilən qətnamə layihəsində var. Digər tərəfdən, bu gün bəzi ölkələr qondarma referendum yolu ilə digər ölkələrin ərazisinin işğalını rəsmiləşdirməyə çalışır. Təəssüf ki, bu gün Ukraynada eyni halla rastlaşmışıq. Hesab edirik ki, konkret çərçivə müəyyənləşməlidir.

Təəssüf ki, bu gün Azərbaycan da, Ukrayna da belə hal ilə rastlaşıb. Hesab edirik ki, bu məsələnin konkret bir çərçivəsi müəyyən edilməlidir. Təklifimiz ondan ibarət olub ki, bu gün referendumu yalnız həmin ölkələrin qanunlarına və konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun şəkildə keçirilməlidir. Bu o deməkdir ki, mərkəzi hakimiyyətin razılığı olmadan hər hansı bir ölkədə referendum keçirilə bilməz. Bu gün ilk dəfədir ki, bu məsələ ATƏT PA-nın qətnamə layihəsinə daxil edilib. Ümid edirəm ki, ATƏT-in Bakı deklarasiyasında bu məsələ öz əksini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə