ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclası keçirilib FOTO

ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclası keçirilib FOTO

ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası artıq 3-cü gündür ki, öz işini davam etdirir. SİA-nın məlumatına görə, bu gün ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyev və digərləri iştirak edib.

Millət vəkili Azay Quliev iclasın gündəliyində duran məsələlər haqqında xarici qonaqlara məlumat verib. Sonra isə gündəlikdə duran məsələlərin əleyhinə və lehinə olmaqla səsvermə keçirilib.

Çıxış edənlər bildirib ki, münaqişələr və onların həlli ATƏT üçün çox önəmlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə