Çavuşoğlu: "ATƏT Qarabağ münaqişəsinin həllində səmimi səy göstərməyib"

Çavuşoğlu: "ATƏT Qarabağ münaqişəsinin həllində səmimi səy göstərməyib"

"Əgər Minsk Qrupunun üzv dövlətləri - ABŞ və Rusiya hər ikisi birlikdə sadəcə, istəsəydi Dağlıq Qarabağ münaqişəsi artıq həllini tapmışdı". SİA-nın xəbərinə görə, bu sözləri Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri Mövlud Çavuşoğlu ATƏT PA-nın Bakıda keçirilən sessiyası çərçivəsində jurnalistlərə verdiyi açıqlamasında deyib.

Çavuşoğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün bu günə qədər ATƏT-in Minsk Qrupunun səmimi səyləri olmayıb: "Bu gün Dağlıq Qarabağ münaqişəsinin çözülməməsinin Avropa siyasətinə təsir etməsinin şahidi oluruq və artıq münaqişənin həlli üçün səmimi səylərin ortaya qoyulması lazımdır. Dağlıq Qarabağ münaqişəsi səbəbindən qadınlar, uşaqlar qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycanın işğal edilmiş torpaqlarında qətliamlar, Xocalı soyqırımı baş verdi. Bu münaqişənin tezliklə çözülməsi lazımdır. Ən beynəlxalq tədbirlərdə də Avropa Birliyi ölkələrinin təmsilçilərinə zamanında münaqişənin həllində səmimi səy göstərmədiniz, indi bəzi mənfi təsirləri sizə də təsir göstərməkdədir".

Çavuşoğlu ATƏT-in Dağlıq Qarabağ münaqişəsinə Ukrayna böhranı qədər həssas yanaşmaması ilə bağlı sualı da cavabıandırıb. O bildirib ki, ATƏT-in Ukrayna böhranının həllində nə dərəcədə təsirli rola malik olması müzakirə mövzusudur: "Bir tərəfdən, qarşıdurmaların qarşısını almaq, mövcud münaqişələri qaldırmaq önəmlidir, digər tərəfdən, dondurulmuş münaqişələri çözməsək, nəticədə həm beynəlxalq hüquq, insan hüquqları, həm də ölkələrin ərazi bütbövlüyü, müstəqilliyi baxımından problemlər ortaya çıxır. Bu gün əslində Ukraynadakı qaşıdurma belə daha öncəki münaqişələrin çözülməməsinin nəticəsidir. Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrində, Azərbaycanın Dağlıq Qarabağ, Moldovanın Dnestryanı problemləri ortaya çıxdı. İndii isə Krım məsələsi ortaya çıxdı. Donlurulmuş münaqişələr bütünlüklə Avropa miqyasında sabitlik üçün təhlükədir. Bu problemlərin həlli üçün obyektiv və səmimi davranmaq lazımdır. Bu istiqamətdə Azərbaycan və Türkiyə nümayəndə heyətləri də birgə fəaliyyət göstərirlər. Azərbaycanın marağı Türkiyənin də marağıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə