ATƏT PA prezidenti: "Ona görə də bu iclasın Azərbaycanda keçirilməsini təkid etmişəm"

ATƏT PA prezidenti: "Ona görə də bu iclasın Azərbaycanda keçirilməsini təkid etmişəm"

"Mən bilirdim ki, ATƏT Parlament Assambleyasının iclası Azərbaycanda yüksək səviyyədə təşkil olunacaq. Ona görə də bu iclasın məhz Azərbaycanda keçirilməsinə təkid etmişəm". SİA-nın xəbərinə görə, bu sözləri ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın ATƏT PA-nın sessiyasının bu cür yüksək səviyyədə ev sahibliyi etməsi ölkənin uğuru və inkişafının göstəricisidir: "Azərbaycan yüksək təşkilatçılıq və çox mülayim qonaqpərvərlik nümayiş etdirir".

O, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin də çox aktiv olduğunu qeyd edib. R.Krivokapiç ATƏT PA-nın Bakıdakı sessiyasının səmərəli keçcəcəyinə, düzgün qərarlar qəbul ediləcəyinə inandığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə