ATƏT PA-ya təqdim edilən məruzədə Qarabağ münaqişəsinə toxunulmadı

ATƏT PA-ya təqdim edilən məruzədə Qarabağ münaqişəsinə toxunulmadı

"Terrorizm, kibermüharibə, pilotsuz uçuş aparatları və bu aparatlardan məhdud miqyaslı əməliyyatda istifadə təhlükəsizlik sahəsində müasir siyasətdə daha böyük aktuallıq kəsb etməyə başlayıb və yeni reaksiya imkanları tələb edir". SİA-nın xəbərinə görə, bu bu fikirlər ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi üçün Finlandiyadan olan məruzəçi Pta Kaumanın hazırladığı "Silahlı qüvvələr üzərində nəzarət və Venesiya sənədi" adlı məruzədə yer alıb.

Sənəddə qeyd edilir ki, kiberhücumlar insan həyatı və hüquqlarının toxunulmazlığına daha böyük təhlükələr yaradır: "Kiberhücum bütün ölkəni iflic durumuna salmaq imkanındadır, döyüş tankları və digər texnikalar bunun qarşısında acizdir. Məruzədə Avropada Adi Silahlı Qüvvələr barədə Müqavilədə əsas diqqətin daha çox müxtəlif hərbi qüvvələrin keyfiyyət və potensialına ayrılmalı olduğu vurğulanır. Regional konfliktlər ATƏT üçün əlavə çağırışlar yaradır".

Qeyd edək ki, Məruzədə Krımı ilhaq edilməsi məsələsinə geniş yer ayrılmasına baxmayaraq Dağlıq Qarabağ, eləcə də Gürcüstan və Moldova ərazisindəki münaqişələr haqqında heç bir fikir bildirilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə