Bu gün nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında səfərdə olan Türkiyə Respublikasının Avropa Birliyi üzrə naziri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin mövcud inkişaf səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib.
Mövlud Çavuşoğlu Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi münasibətilə Azərbaycan Respublikasını təbrik edib və Azərbaycanın AŞ-nın Nazirlər Komitəsində sədrlik dövrünü uğurla başa vuracağına əminliyini bildirib.
Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin daha da inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb və ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasının əhəmiyyəti vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB