Millət vəkili: "Milli azlıqların hüquqlarının qorunması ədalətli şəkildə təmin edilib"

Millət vəkili: "Milli azlıqların hüquqlarının qorunması ədalətli şəkildə təmin edilib"

"Müasir dövrdə bütün cəmiyyətlər çoxmədəniyyətlidir. Bu, qloballaşma mühitində insanların hərəkət etməsindən qaynaqlanır, çünki mühacirlər daha yaxşı həyata can atır və ya qaçqınlar dözülməz həyatdan qaçırlar". SİA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın AŞPA-nın yay sessiyasının üçüncü iş günündə müzakirəyə çıxarılan "Mədəniyyətlərarası cəmiyyətlərdə identiklik (fərdliliklər) və müxtəlifliklər" mövzusundakı çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Azərbaycanda çoxmədəniyyətlilik əsrlərdir mövcuddur. Bu nəyinki dövlət siyasəti, həmçinin həyat tərzidir. Onun sözlərinə görı, müsəlmanlar, xristianlar, yəhudilər və atəşpərəstlər hər biri tarixən yanaşı yaşayıb və birlikdə fəaliyyət göstəriblər: "Milli azlıqların hüquqlarının qorunması ədalətli şəkildə təmin edilib. Azərbaycanda heç bir zaman hansısa millətə qarşı fobiyalar mövcud olmayıb. Ermənistan isə əksinə bu günki, kimi təkmillətli ölkədir. Ermənistan Azərbaycana qarşı hərbi aqressiyasına başlamazdan öncə, orada minlərlə azərbaycanlı yaşayıb. Lakin etnik təmizləmə vasitəsilə kütləvi şəkildə və sürətlə təcrid olunub. Bu gün orada heç bir nəfər azərbaynalı qalmayıb. Dağlıq Qarabağın erməni əhalisi, Dağlıq Qarabağdakı azərbaycanlı əhalisinə nisbətdə daha çox idi. Onlar Azərbaycanda təhlükəsiz və azad şəraitdə yaşayır, amma yenə də xüsusi hüquqlar tələb edirdilər. Azərbaycan torpaqlarında yaşayan ermənilər ,faktiki olaraq Dağlıq Qarabağdakı azərbaycanlıların hər birini qaçqına, məcburi köçkünə çevirdilər, onları işgəncələrə məruz qoydular. Onlar bu yolla orada yüz illərdir yaşayan azərbaycanlıları təməl hüquqlarından məhrum etdilər, öz yurdlarından, ata-baba torpaqlarından didərgin saldılar. Sadaladığım onların törətdiklərinin cüzü hissəsidir. Qeyd olunanları nəzərə alaraq və milli azlıqların hüquqlarının qorunmasının ciddi şəkildə təmin edilməsi istiqamətində təşəbbüslərimizi gücləndirərək, qətiyyətlə bütün mənfi tendensiyalara qarşı mübarizə aparmalıyıq. Hamıya bəllidir ki, siyasətçilərin və siyasi fiqurların bu sahədə məsuliyyəti böyük əhəmiyyətə malikdir. Biz həmçinin öz işimiz, praktik addımlar vasitəsilə bu müsbət trendləri gücləndirməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə