“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat”
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Multimedia Mərkəzi və Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təşkilatçılığı ilə "Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat" mövzusunda ictimai müzakirə keçirilib. SİA-nın məlumatına görə, bu məqsədlə təşkil olunan dəyirmi masada mövcud elektron xidmətlrədən istifadənin populyarlıq səviyyəsi, elektron xidmətlərdən istifadə sahəsində mövcud problemlər və onların aradan qaldırılması, elektron xidmətlərin təqdim edilməsi prosesində vətəndaşların rahatlığı və xidmətin operativliyinin təmin edilməsi, vətəndaşlar arasında elektron xidmətlərlə bağlı məlumatlılıq səviyyəsi ətrafında müzakirələr aparılması olub.
Tədbirdə mövzu ilə bağlı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bölmə müdiri Ulduz Xəlilova, Elektorn Hökumət Portalının əməkdaşı İlqar Abdullayevin və Multimedia Mərkəzinin direktoru, Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüzün təqdimatları olub.
İctimai müzakirələrin yekunu olaraq elektorn xidmətlərin göstərilməsi sahəsində vəziyyətin yaxşılaşdırılması, bu sahədə prioritetlərin müəyyən edilməsi, elektron xidmətlər sahəsində dövlət tərəfindən yeni statistikanın aparılması, e-xidmətlərin reklam və tanıtımının dövlət qurumları tərəfindən effektiv qurulması ilə bağlı təkliflərin hazırlanması və müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulur.
Tədbir Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Elektron Hökumət Portalı ilə əməkdaşlıq şəraitində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB