Azərbaycanın Əlcəzairdə səfirliyi açılır

Azərbaycanın Əlcəzairdə səfirliyi açılır

Milli Məclisin növbədənkənar son iclasının tarixi və gündəliyi məlum olub. Bu barədə SİA-ya açıqlamasında parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, iclasın iyunun 27-də keçirilməsi nəzərdə tutulub və gündəliyə 6 məsələ daxil edilib. İclasın gündəliyində müzakirə olunacaq məsələlər aşağıdakılardır:

- "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu (ikinci səsvermə);

- Azərbaycan Respublikasının Əlcəzair Demokratik Respublikasında Əlcəzair şəhərində səfirliyinin təsis edilməsi ilə bağlı sənəd;

- Azərbaycan Respublikası hökuməti ilə Fransa Respublikası hökuməti arasında "Bakı- fransız liseyinin yaradılması və fəaliyyəti haqqında" sazişin təsdiq edilməsi;

- Azərbaycan Respbulikasının Şəhərsalma və tikinti Məcəlləsində dəyişiklik;

- "Xaçmaz rayonunun Niyəzoba kəndinin Niyəzabab kəndi adlandırılması haqqında" qanun layihəsi;

- "Balıqçılıq haqqında" qanuna dəyişiklik edilməsi;

Qeyd edək ki, bununla da Milli Məclis yaz sessiyası üçün işini yekunlaşdırmış olacaq. Növbəti payız sessiyası isə oktyabrda start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə