Siyavuş Novruzov: “Hesab edirəm ki, bu forum gələcəkdə də davam olunmalıdır” AÇIQLAMA
"Hesab edirəm ki, bu forum çox böyük əhəmiyyətə malikdir. Burada xeyli sayda insanlar, iş adamları, ayrı-ayrı şəhərlərin, vilayətlərin qubernatorları iştirak edir. Azərbaycandan bu foruma icra hakimiyyətlərinin başçıları qatılıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu gün Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumuna münasibət bildirərkən deyib.
YAP İcra katibi müavininin sözlərinə görə, bu foruma bir neçə müddətdir ki, (bir dəfə Rusiya, indi isə Azərbaycanda) start verilib. Forumda müxtəlif məsələlər – qarşılıqlı biznes, iqtisadi-siyasi, eləcə də regionların bir-biri ilə olan əlaqələri müzakirə olunur. Təbii ki, bu da insanların bir-birinə yaxınlaşmasına xidmət edir. İki gün ərzində burada bir sıra məsələlər müzakirə olunur ki, hansı ki həmin məsələlər də (Azərbaycan-Rusiya üçün) öz vacibliyi ilə seçilir. Çünki orada müxtəlif suallar qoyulur və suallara da cavablar tapılır. Hesab edirəm ki, bu forum gələcəkdə də davam etdirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB