Müsavat Partiyası Milli Srtrateji Düşüncə Mərkəzini (MSDM) yaradarkən, belə bir ideya irəli sürüb ki, orada düşünə bilən bütün insanlar bir araya toplaşsın, müəyyən müxalifətdaxili məsələləri müzakirə edərək, nəticəyə gəlinsin". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının sözügedən məsələni əhəmiyyətsiz adlandıraraq, Müsavatın bu vasitə ilə gündəmdə qalmaq istəyinə münasibətini bildirərkən deyib.
Müsavat rəsmisi eyni zamanda bildirib ki, o, müxalifət partiyası olaraq digər müxalifət partiyasının onları təftiş etməsindən təəssüf hissi keçirir: "Fuad Qəhrəmanlıdan fərqli olaraq, AXCP-də normal sdüşüncəli adamlar da var. Görünür, hazırda heç bir intriqalı vəziyyət, qarşıdurma olmadığına görə, Fuad Qəhrəmanlı darıxmağa başlayıb və indi də bu cür fikirlər səsləndirir. Ancaq mən Fuad bəyə təklif edərdim ki, bundan sonra işlətdiyi fikirlərinə diqqət yetirsin, ehtiyatlı olsun".
Qeyd edək ki, AXCP sədrinin müavini MSDM-in yaranmasını əhəmiyyətsiz məsələ adlandıraraq, Müsavat başqanı İsa Qəmbəri gündəmdə qalmaq üçün bu gedişləri etdiyini deyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB