Əli Həsənov: "Beynəlxalq və humanitar təşkilatlar öz üzərinə düşən işi layiqincə yerinə yetirməlidir"
"BMT-də bir çox qurumlar və təşkilatlar var. Hesab edirəm ki, onlardan ən əhəmiyyətlisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığıdır". SİA-nın məlumatına görə, bunu bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda Ümumdünya Qaçqınlar Günü ilə bağlı təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
Baş nazirin müavini deyib ki, komissarlıq Azərbaycan hökuməti ilə çox ciddi əməkdaşlıq edir: "BMT-nin Azərbaycanda bir sıra təşkilatları fəaliyyət göstərir. Bu təşkilatların içərisində bəziləri elə olub ki, öz vicdanlarından kənara çıxıblar. Amma BMT təşkilatları içərisində heç bir qanun pozuntusu və ölkəmizin milli qanunvericiliyinə uyğun olmayan addım atılmayıb. Beynəlxalq təşkilatlar, qurumlar eşitsin ki, Dağlıq Qarabağ Azərbaycanın bir nömrəli prioritet problemidir. Bizim bu gün Dağlıq Qarabağdan başqa heç bir problemimiz yoxdur. Münaqişə heç bir zaman dondurulmuş vəziyyətdə qalmayacaq. Təbii ki, bununla bağlı bütün tədbirlər görülür. Beynəlxalq və humanitar təşkilatlar öz üzərlərinə düşən işi layiqincə yerinə yetirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB