Bütün dünyada məcburi köçkünlərin sayı 50 milyon nəfəri ötüb BMT QAK HESABAT YAYDI
"Bu gün BMT QAK-ın açıqladığı hesabat göstərir ki, II Dünya Müharibəsindən sonrakı dövrdə ilk dəfə bütün dünyada qaçqınların, sığınacaq axtaranların və məcburi köçkünlərin sayı 50 milyon nəfəri ötüb". SİA-nın məlumatına görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş (António Guterres) bildirib.
Ali Komissar deyib ki, hökumətlər və tərəfdaş qeyri-hökumət təşkilatları tərəfindən toplanmış məlumatlara və Ali Komissarlığın öz qeydlərinə əsaslanan BMT QAK-ın Qlobal tendensiyalara dair illik məruzəsi göstərir ki, 2013-cü ilin sonunadək 51,2 milyon nəfər didərginə çevrilib, bu isə 2012-ci ildə qeydə alınmış 45,2 milyondan tam altı milyon nəfər çoxdur: "Bu böyük artım əsasən Suriyadakı müharibədən qaynaqlanıb, həmin müharibə ucbatından ötən ilin sonunda 2,5 milyon nəfər qaçqına, 6,5 milyon nəfər isə məcburi köçkünə çevrilib. Yeni didərginlik hallarının əsas hissəsi həmçinin Afrikada, xüsusən Mərkəzi Afrika Respublikasında, habelə 2013-cü ilin sonlarına doğru Cənubi Sudanda müşahidə edilib. Biz burada görürük ki, müharibələrə son qoymamaq, münaqişələri həll etməmək və ya onların qarşısını alımamaq necə baha başa gəlir. Bu gün sülhün yoxluğu təhlükəli həddədir. Humanitar yardımlar vəziyyəti yüngülləşdirən amil kimi kömək edə bilər, amma siyasi həll yollarına son dərəcə ehtiyac var. Bu olmasa, bu rəqəmlərdə əks olunan münaqişələrin və kütləvi iztirabların təşviş doğuran səviyyəsi artmaqda davam edəcək".
Bütün dünyada ümumilikdə 51,2 milyon nəfər didərginin olması yardıma ehtiyacı olan çoxlu sayda insanların olduğunu göstərir, bu isə həm dünyanın donor dövlətlərinin xarici yardım büdcələrinə, həm də qaçqın böhranının baş verdiyi ölkələrlə həmsərhəd olan ölkələrin qaçqınları qəbul etmək və yerləşdirmək imkanlarına mənfi təsir göstərir.
"Beynəlxalq birlik fikir ayrılıqlarının öhdəsindən gəlməli və bu gün Cənubi Sudandakı, Suriyadakı, Mərkəzi Afrika Respublikasındakı və hər hansı digər yerlərdəki münaqişələri dayandırmağın və ya onların qarşısını almağın həlli yollarını tapmalıdır. Ənənəvi donorlarla yanaşı, qeyri-ənənəvi donorların da lazımi addımlar atmasına ehtiyac var. Bu gün didərgin düşmüş insanların sayı bütövlükdə Kolumbiya və ya İspaniya, Cənubi Afrika və ya Cənubi Koreya kimi orta böyüklükdə olan ölkələrin əhalisi qədərdir"– deyə, Quterreş bildirib.
Qaçqınlar
Qlobal tendensiyalara dair məruzədə yer alan didərginlik barədə məlumatlar üç qrupu – qaçqınları, sığınacaq axtaranları və məcburi köçkünləri əhatə edir. Bunların arasında qaçqınların sayı bütün dünyada 16,7 milyon nəfərdir, onlardan 11,7 milyon nəfəri BMT QAK-ın himayəsi altındadır, qalanları isə BMT-nin oxşar profilli digər qurumu olan Fələstin üçün Yardım və İşlərin Təşkili Agentliyi tərəfindən qeydə alınmışlar. Təkcə bu ümumi rəqəmlər 2001-ci ildən bəri BMT QAK-da ən yüksək rəqəmlərdir. Bundan əlavə, 2013-cü ilin sonunda BMT QAK-ın himayəsi altında olan qaçqınların yarıdan çoxunun (6,3 milyon nəfərin) öz ölkələrini tərk etməsindən 5 ildən çox zaman keçmişdir.
Ümumiyyətlə, BMTQAK-ın himayəsi altında olan ən çox qaçqın əhali, mənşə ölkəsi üzrə götürüldükdə, əfqanlar, suriyalılar və somalililərdir – onların birlikdə sayı bütün dünya üzrə qaçqınların ümumi sayının yarısından çoxdur. Eyni zamanda, Pakistan, İran və Livan digər ölkələrə nisbətən ən çox qaçqın qəbul etmiş ölkələrdir. Regionlar üzrə götürüldükdə, Asiya və Sakit okean regionunda qaçqın əhalinin sayı daha çoxdur – ümumilikdə 3,5 milyon nəfərdir. Afrikanın cənubi Saxara bölgəsində 2,9 milyon nəfər, Orta Şərqdə və Şimali Afrikada isə 2,6 milyon nəfər qaçqın var.
Sığınacaq axtaranlar
Qaçqınların mövcud olmasından əlavə, 2013-cü ildə 1,1 milyon nəfər sığınacaq almaq üçün müraciət edib, onların çoxu inkişaf etmiş ölkələrdədir (2013-cü ildə Almaniya sığınacaq almaq barədə ən çox sayda yeni müraciətləri qəbul etmiş ölkə olub). Sığınacaq almaq üçün 25.300 ərizə valideynlərindən ayrı düşmüş və ya valideynləri tərəfindən müşayiət olunmayan uşaqlar tərəfindən verilib. Suriyalılar hər hansı digər ölkələrin vətəndaşlarından çox – 64.300 ərizə veriblər, sonrakı yerləri isə KonqoDemokratik Respublikası (60.400) və Myanmar (57.400) tutur.
Məcburi köçkünlük
Məcburi köçkünlərin (bu o deməkdir ki, insanlar öz evlərini tərk etməyə məcbur olsalar da vətəndaşı olduqları ölkənin hüdudlarından kənara çıxmamışlar) qeydə alınmış sayı 33,3 milyon nəfərə bərabərdir ki, bu da Qlobal tendensiyalara dair məruzədə yer alan hər hansı qruplar arasında ən böyük rəqəm təşkil edir. BMT QAK-ın və digər humanitar subyektlərin rəyinə görə, bu insanlara yardım göstərilməsi xüsusi problem təşkil edir, çünki onların çoxu münaqişə zonalarındadır, orada isə onların həmin yardımları alması çətindir və qaçqınlar üçün nəzərdə tutulmuş beynəlxalq müdafiə normalarına əməl olunmur.
Fərdlər üçün həll yolları
BMT QAK-ın işinin bir hissəsi didərgin düşmüş insanlar üçün uzunmüddətli həll yollarının tapılmasından ibarətdir. Mümkün olan hallarda bunu könüllü qayıdış vasitəsilə etmək olar, digər mümkün variantlar sırasına yerli topluma inteqrasiya və ya üçüncü ölkələrdə məskunlaşma daxildir. 2013-cü ildə 414.600 qaçqın öz doğma ölkəsinə qayıdıb – bu, təxminən dörddə bir əsrdəki qaçqın qayıdışlarının illik göstəriciləri arasında axırdan dördüncü göstəricidir. 98.400 nəfərə yaxın qaçqın 21 ölkədə məskunlaşdırılıb. Bu məruzəyə daxil etmək üçün məcburi köçkünlərin yerli topluma inteqrasiyasına və geri qayıdışına dair dünya üzrə məlumatlar əlimizdə yoxdur, amma BMTQAK-ın məcburi köçkünlərlə əlaqədar fəaliyyət göstərdiyi ölkələrdə 1,4 milyon məcburi köçkün öz evlərinə qayıdıblar.
Vətəndaşsızlıq
Bütün dünyadakı vətəndaşlığı olmayan insanlar 51,2 milyon didərgin əhalinin sayına daxil edilməyib (çünki vətəndaşsızlıq hökmən didərgin olmaq demək deyil). Vətəndaşlığı olmayanların sayını dəqiq müəyyənləşdirmək çətin olaraq qalır, çünki vətəndaşlığı və müvafiq sənədləri olmayan insanları qeydə almaqda həm hökumətlər, həm də BMT QAK çətinlik çəkirlər, həm də ona görə ki, bəzi ölkələr öz vətəndaşları hesab etmədikləri insanlar barədə məlumatları toplamırlar. 2013-cü ildə BMT QAK-ın əməkdaşları bütün dünya üzrə təxminən 3,5 milyon nəfər vətəndaşlığı olmayan insan qeydə alıblar, lakin bu, bütün dünyada vətəndaşlığı olmayan əhalinin təxmin edilən sayının təqribən üçdə biri qədərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



