Elçin Mirzəbəyli: “Rusiya guya neytral olduğunu bəyan etdi” AÇIQLAMA
"Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri çərçivəsində nazir bir daha Astanada Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Avrasiya İqtisadi İttifaqı ilə bağlı təşkil olunan tədbirdə söylədiyi fikirləri təsdiqlədi. O, Ermənistanın beynəlxalq hüquq tərəfindən tanınmış sərhədlər çərçivəsində Rusiyanın dominantlıq etdiyi qurumlara daxil olacağını bildirdi". Bunu SİA-ya siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan-Azərbayan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həm Rusiya, həm də digər həmsədrlər tərəfindən müəyyən aktivlik müşahidə olunur: "Lakin Lavrovun bəyanatında Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək kimi nəzərə çarpacaq hər hansı bir ifadəyə rast gəlinmədi. Yəni Rusiya guya neytral olduğunu bəyan etdi. Əslində bu münaqişədə reallıq ona işarə edir ki, Rusiya Ermənistanın hərbi siyasi müttəfiqidir, o ölkədə hərbi bazaları var və bu münaqişənin həllində dolayısı yolla da olsa Ermənistana dəstək verir. Prinsipial olaraq Rusiyanın mövqeyində bu məsələ ilə bağlı hər hansı ciddi irəliləyişin olduğu nəzərə çarpmadı.
Düşünürəm ki, ən azından indiki şəraitdə Ermənistanın bütün iddialarına baxmayaraq, Dağlıq Qarabağ məsələsinin beynəlxalq müstəvidə həll olunduğu yəni təkcə Rusiyanın iradəsindən və eyni zamanda Ermənistanın arzu-istəklərindən asılı olmadığı vurğulandı. Bununla belə Azərbaycan-Rusiya arasında əlaqələrin genişləndiriləcəyi və ikitərəfli əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə dair bəyanatlar verildi. Hesab edirəm ki, Lavrovun səfəri əhəmiyyətli idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB