Raqif Abbasov: “Əzəli torpaqlarımızı Prezidentimizin rəhbərliyi altında geri qaytaracağıq” AÇIQLAMA

Raqif Abbasov: “Əzəli torpaqlarımızı Prezidentimizin rəhbərliyi altında geri qaytaracağıq” AÇIQLAMA

"Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə birgə Gənclər və İdman nazirliyinin, Müdafiə nazirliyinin dəstəyi sayəsində silahlı qüvvələr günü ərəfəsində cəbhə bölgəsində, təmas xəttində növbəti görüşünü təşkil etdi". Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbəri Raqif Abbasov təşkilatın tədbirlər planı barədə münasibətini bildirərkən deyib.

O, qeyd edib ki, 18 iyun, 2010-cu ildə hələlik sonuncu qəhrəmanımız Mübariz İbrahimov öz şücaətini göstərmişdir. Lakin Azərbaycanın yüzlərlə, minlərlə belə qəhrəmanlı edəcək gəncləri vardır: "Bizim ən əsas məqsədimiz üçrəngli bayrağımızın bu gün burada dalğalanmasıdır. Azərbaycan gənci bugünkü gün işğal altındakı torpaqlarımızı işğal altından azad etməyə hazırdır. Bizim gəənclərin ürəyi səngərdə olan əsgərlərimizin ürəyi ilə birgə döyünür. Ali Baş komandanımız, cənab Prezidentin Qarabağımızın azad olunması istiqamətindəki siyasəti biz gənclər tərəfindən də əməli işlərlə dəstəklənməlidir. İnşaallah, əzəli torpaqlarımızı cənab Prezidentimizin rəhbərliyi altında geri qaytaracağıq. Əks halda bir azərbaycanlı olaraq, yaşamağa bizim hüququmuz olmayacaq".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə