DİN rəsmisi: "Hər il 27 milyonadək şəxs cinsi istismara və məcburi əməyə məruz qalır"
"İnsan alverinə qarşı mübarizə hər zaman dövrün ən aktual problemlərindən biri kimi gündəmdədir. Beynəlxalq ekspertlərin hesablamalarına görə hər il 27 milyonadək şəxs cinsi istismara və məcburi əməyə məruz qaldığı halda, hüquq mühafizə və təhlükəsizlik strukturları tərəfindən cəmi 46 min qurban aşkar olunub". SİA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Fuad Əliyev Ombudsmanların XII Bakı Beynəlxalq konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu baxımdan əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması insan alverinin bütün formaları ilə mübarizə tədbirlərinin sərtləşdirilməsi, qurbanlara köməklik göstərilməsi istiqamətində zəruri addımlar atılıb: "Son 10 il ərzində Azərbaycanda insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət səviyyəsində xüsusi diqqqət yetirilir".
O, bu problemlə mübarizə sahəsində insanların maarifləndirilməsinin vacibliyinə də toxunub: "İnsan alverinə qarşı mübarizədə KİVDF-nin təşəbbüsü ilə 33 layihə maliyyələşdirilib. Bunun üçün 230 min manat vəsait ayrılıb.2013-cü ildə insan alveri ilə mübarizə sahəsinə daha çox diqqət ayrılıb. Bu sahədə beynəlxalq təcrübə də öyrənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB