Bu gün Azərbaycan Dillər Universitetində tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun ərəb dilinə tərcümə edilmiş "İlham Əliyev" adlı kitabının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində millət vəkilləri, tanınmış ziyalılar və Azərbaycanda fəaliyyyət göstərən ərəb ölkələrinin səfirləri iştirak edib.
Təqdimat mərasimində çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov bildirib ki, kitabın ərəb dilinə tərcümə edilməsi mühüm əhəmiyyətə malikdir: "Ümumiyyətlə bu kitab müxtəlif dillərə tərcümə olunub. Sevindirici haldır ki, kitabın təqdimatı ADU-da keçirilir. Bu heç də təsadüfi deyil. ADU-da müxtəlif dillər tədris oolunur. Bu gün Ümummilli Lider Heydər Əliyevin və həmin siyasi kursun layiqli davamçısı İlham Əliyevin səyi nəticəsində ADU-da 20 xarici dil tədris olunur. Bizim Fələstin, Liviya, BƏƏ, Sudan və s. əlaqələrimiz çox yüksək səviyyədə təşkil olunur. Bubgün burada əyləşən tələbələr, müəllimlər ərəb dilini mənimsəməklə ölkəmizi Ərəb dünyasına yaxınlaşdırırlar.
Tədbirdə kitabın BƏƏ-nin Dubay şəhərində keçirilən təqdimatından bəhs edən videoslayd nümayiş olunub.
Millət vəkilləri Eldar İbrahimov, Hadı Rəcəbli kitab haqqında fikirlərini çatdırıb. Qeyd edilib ki, kitabda Prezident İlham Əliyevin xarici ölkələrə səfəri, keçirdiyi görüşlər, AŞPA-dakı fəaliyyəti geniş əks olunur. Bununla belə kitabda neft strategiyası ilə bağlı məsələlərə də geniş yer verilib və s.
Daha sonra "İlham Əliyev" kitabının müəllifi, yazıçı, millət vəkili Hüseynbala Mirələmov çıxış edərək kitabın əhəmiyyətindən və cəmiyyətimiz üçün oynadığı mühüm roldan danışıb.
Təqdimat qonaqların çıxışı ilə başa çatıb.
Xatırladaq ki, öz əhatəliliyi, faktların səhihliyi və zənginliyinə görə dünyanın bir çox kütləvi informasiya vasitələrinin ölkəmizin rəhbərindən materiallar hazırlayarkən etibarlı mənbə kimi istinad etdikləri əsər Küveytdə ərəb dilində nəşr olunub.
Kitabın ərəb dilinə tərcüməsi və nəşri Azərbaycan Respublikasının Küveytdəki səfiri Tural Rzayevin təşəbbüsü və dəstəyi ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB