Əli Həsənovun BMT rəsmisinə sərt reaksiyası: "Azərbaycanda qadınlar arasında ayrı-seçkilik yoxdur”
"Dünya əhalisinin 50%-dən çoxunu qadınlar təşkil edir. Onlar təəssüf ki, siyasi forumlarda, eləcə də qərarvermə zamanı yetərli səviyyələrdə təmsil olunmurlar, parlament, vətəndaş cəmiyyəti təşkilatlarında, ailə müstəvisində bir çox ayrı-seçkiliklə üzləşirlər". SİA-nın xəbərinə görə, bunu BMT-nin Rezident əlaqələndiricisi, BMT-nin inkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi Antonius Bruk "Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XII Bakı Beynəlxalq konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, resursların çatışmazlığı qadınları iqtisadi baxımından asılı vəziyyətə salır, onlar ayrı-seçkilik, yoxsulluq və zorakılıqla üzləşirlər. Bu nəticəsində onların tədricən marginal qrupa çevrildiyini deyən A. Bruk qeyd edib ki, müəyyən səsə və hüquqa malik qadınlar öz həyatlarını dəyişə bilirlər.
Onun fikrincə, davamlı və dayanıqlı inkişafı təmin etmək üçün müəyyən hədəflərə çatılmalıdır: "BMT digər qurumlar kimi Azərbaycan hökumətinə qadınların işlə təmin olunması, erkən nikah, qadınlara qarşı zorakılıq, sosial iştirak təmsilçilik sahəsində tövsiyələrini tətbiq edir. Biz çalışırıq ki, elə bir mexanizmlər ortaya qoyulsun ki, qadınlar üçün daha münbit şərait yaradılsın və qadınlara qarşı ayrı-seçkilik aradan qaldırılsın. Xüsusilə qeyd etmək lazımdır ki, "Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası"nda dayanıqlı inkişafın çərçivələri nümayiş etdirilib. Bu sənəddə xüsusilə gender bərabərliyi qeyd olunub. Bu bir daha onu nümayiş etdirir ki, siyasi iradə mövcuddur və qadınların, qızların inkişafı məsələsinə xüsusi diqqət yetirilir, insanların eyni hüquqa malik olması xüsusilə vurğulanır. Elə etməliyik ki, artıq qadınların inkişaf proseslərində iştirakı ilə əlaqədar bəyanatlar taktiki tədbirlərə keçsin. Gender münasibətlərinə xüsusi diqqət yetirilsin. Yalnız qadınlar məsələsi ayrıca deyil, gender məsələləri də vurğulansın. Bugünkü çağırışların və problemlərin həlli qadınların tam iştirakı olmadan həll oluna bilməz".
A.Brukun Azərbaycanda qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı səsləndirdiyi fikrə baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov reaksiya verib və yenidən söz alaraq bildirib ki, BMT-nin hökumətə tövsiyələrindən biri də qadınlar arasında ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı olub. Baş nazirin müavini "Hesab etmirəm ki, Azərbaycanda qadınlar arasında ayrı-seçkilik var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB