Sergey Lavrov: "Qəbələdə Azərbaycan-Rusiya beynəlxalq forumu keçiriləcək"
Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov Azərbaycan Respublikasında rəsmi səfəri çərçivəsində bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. SİA-nın məlumatına görə, hər iki nazir həm təkbətək, həm də geniştərkibli görüş keçirib. Müzakirə olunan məsələlərdə iki ölkə arasındakı münasibətlər, regional və Dağlıq Qarabağ məsələsi müzakirə olunub.
Görüşdən sonra hər iki nazir jurnalistlərin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.
Nazir Elmar Məmmədyarov bildirib ki, həmkarı ilə görüşdə gözəl bir ənənə var: "Biz hər il Moskvada görüşrük indi isə Lavrov Bakıda səfərdədir. Bizim Azərbaycan-Rusiya arasında münasibətlər strateji əhəmiyyət daşıyır. Biz müxtəlif məsələlər ətrafında danışdıq. Dağlıq Qarabağ məsələsinə də toxunmaya bilməzdik. Hesab edirik ki, status-kvonun saxlanılması qəbuledilməzdir. Birgə müzakirə apardıq ki, bunun üçün hansı addımlar atılmalıdır. İnanırıq ki, hər iki ölkə arasında münasibətlər müsbət məcrada davam edir. Eyni zamanda biz regional məsələlər barəsində danışdıq. Ümumən deyə bilərəm ki, hər şey xoş əhvalda davam etdi".
Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, çox məhsuldar danışıqlar həyata keçirilidi: "Cənubi Qafqazın təhlükəsizliyi və Xəzər dənizin hüquqi statusu ilə bağlı da məsələlər ətrafında fikir mübadiləsi apardıq. Bu yaxınlarda Qəbələdə Azərbaycan-Rusiya beynəlxalq forumu keçiriləcək. Həmin forumda 200-ə yaxın nümayındə iştirak edəcək. Ötən ilin payız ayında Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdik. Ukranya məsələsi barəsində də danışdıq. Sözün həqiqi mənasında orada vəziyyət olduqca acınacaqlıdır. Düşünürük ki, bu əlavə bir siqnaldır ki, orada olan toqquşmalara son qoyulsun. Biz bu təhlükəli regiona kifayət qədər yaxın bir məsafədə yerləşirik.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana rəsmi səfəri ötən gündən etibarən başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB