Prezident Herviq Van Staanı qəbul edib

Prezident Herviq Van Staanı qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 18-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Herviq Van Staanı qəbul edib. SİA-nın məlumatına görə, Herviq Van Staa Bakıda gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Azərbaycan prezidenti isə təkcə paytaxtda deyil, respublikanın ayrı-ayrı regionlarında da sürətli inkişafın getdiyini bildirib. Dövlət başçısı regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç Dövlət Proqramının qəbul olunduğunu və uğurla icra edildiyini deyib.

Görüşdə Azərbaycanla Avropa Şurası arasında əlaqələrin inkişafı, ölkəmizin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlığının perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə