Asim Mollazadə: “20 ildən artıqdır ki, ermənilər bu siyasəti həyata keçirirlər” AÇIQLAMA
"Ötən gün Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarında ermənilər özlərinə haqq qazandırması ilə öz işğal siyasətini gücləndirməyə, status-kvonu qoruyub saxlayamağa və Azərbaycan ərazilərinin işğal edilməsini davam etdirməyə çalışırdılar". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, onlar hər zaman olduğu kimi, bu dəfə də öz yalanlarını ört-basdır etmək istəyirdilər: "Çünki onların siyasəti başlıca olaraq bundan ibarətdir. Onlar BMT-nin Azərbaycanla bağlı qətnamələrini çox gözəl bilirlər. Amma təəssüf ki, buna riayət etmirlər.
20 ildən artıqdır ki, ermənilər bu siyasəti həyata keçirirlər. Hansısa beynəlxalq təşkilatlardan Ermənistana qarşı sanksiyalar, təzyiqlər müzakirə mövzusu deyil. Onlar sadəcə olaraq bu vəziyyətdən istifadə edərək, öz yalanlarını davam etdirilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB