Aydın Mirzəzadə: “Leyla Yunus təqib olunan şəxs imicini yaratmağa çalışır” MÜNASİBƏT
"Leyla Yunusun nə siyasi partiyası, nə də elə bir böyük dəstəyi yoxdur". Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə SİA-ya verdiyi açıqlamasında Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun Azərbaycanın milli maraqlarına zidd hərəkəti ilə tanındığını bildirib: "Gurultulu adla bir təşkilat yaratmaqla isə cəmiyyətdə nəsə etmək mümkün olmur. Onun çağırışına heç müxalifət dairələrində də dəstək vermədilər. Sadəcə, bu siyasi gedişdir, real məsələ deyil".
Leyla Yunusun NATO seminarında ermənilərin mövqeyini sərgilədiyini deyən YAP rəsmisi onu da bildirib ki, bu gün cəmiyyətin əksəriyyətinə qarşı müqavimət hərəkatı təşkil etməyin özü qəribə səslənir: "Leyla Yunus sadəcə korlanmış imicini bərpa etmək, yaxud özünün siyasi baxışlarına görə təqib olunan bir şəxs kimi imicini yaratmağa çalışır. Belə olduqda isə bu gün cəmiyyət əldə etdiyi dinamika və stabilliyi qorumağa daha çox meyillidir".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB