"Bu sual Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarına ünvanlansa daha yaxşı olar ki, Leyla Yunus niyə vətən xaini, xalq düşməni kimi həbs olunmur? O hansı səbəbə görə öz layiqli cəzanını almır?". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov QHT rəhbəri Leyla Yunusun NATO-nun ölkəmizdə keçirilən seminarında təxribat cəhdlərinə və işğalçı Ermənistanın mövqeyini dəstəkləməyinə münasibətini bildirərkən dedi.
Millət vəkili Leyla Yunusun bu kimi hərəkətlərinə hüquqi qiymətin verilməsinin tərəfdarı olduğunu bildirdi: "Mən dünən televiziyalarda onun hərəkətlərini izlədim. Onun NATO-nun tədbirində çıxardığı oyunlar, onun verdiyi bəyanatlar, eləcə də onun gedib erməni nümayəndə heyəti ilə birlikdə oturması – bütün bunlar onun kimlərə xidmət etdiyini göstərmirmi? Ümumiyyətlə, yalnız bu tədbirdə deyil, o digər tədbirlərdə də məhz Azərbaycan xalqına, dövlətçiliyinə qarşı düşmən mövqeyində dayanıbdır. Ona görə də mən sual edərək soruşuram ki, Azərbaycan bu "nüsxəni" nəyə görə bu ölkədə saxlayır? Əgər saxlayırsa, nəyə görə Azərbaycan qanunları çərçivəsində o layiq olduğu cəzasını almır? Bax mənim cavabım budur!".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB