"Ermənistan işğalçı və terrorçu dövlət olduğu üçün NATO PA-dan çıxarılmalıdır. SİA-nın xəbərinə görə, bu sözləri vitse-spiker, Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov Bakıda NATO PA-nın "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının 2-cü günündə çıxış edərkən deyib.
Ermənistan nümayəndə heyətinin təxribatçı əməllərinə münasibət bildirən Z. Əsgərov Ermənistan nümayəndə heyətinə sərt cavab verib: ""Ermənistan nümayəndə heyəti seminarda dünəndən bəri təxribatla məşğul olur. Azərbaycana sataşırlar. Sual adı altında Azərbaycanın əleyhinə danışırlar. Orduda islahatların aparılması çox önəmli bir məsələdir. Ümumi daxili məhsulumuz artırsa, hərbi büdcəmiz, təhsil, səhiyyə büdcəmiz də artır".
Vitse-spiker Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu əsas gətirərək bu ölkənin NATO PA sıralarından xaric olunmasını təklif edib: "Ermənistan işğalçı və terrorçu dövlətdir. NATO PA-dan çıxarılsın. Yüz minlərlə insan 20 ildir ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən çıxarılaraq yurdsuz-yuvasız qalıb".
Z. Əsgərov deyib ki, seminarda iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü, deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır.
Vitse-spiker Poqosyanın Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham etməsinə cavab verərkən isə erməni deputatı tarixi saxtalaşdırmamağa çağırıb: "Sən iki gündür burada Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham edirsən. Məgər bilmirsiniz ki, bu hadisəni sovet "KQB"si və sizin Qriqoriyan edib?! Yeri gəlmişkən, artıq bunu istintaq da sübut edib. Amma sənin atan Qarabağda azərbaycanlılara qarşı qanlı cinayət törədənlərdən biridir. Mənim əlimin altında bununla bağlı ciddi sübutlar da var və hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq gedir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıb gətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB