"Ermənistanın qeyri-konstruktiv mövqeyi aparılan sülh danışıqlarının müsbət nəticə verməsinə mane olur"
"Azərbaycan 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğalının hələ də davam etməsi regionun təhlükəsizliyi üçün ən böyük təhdiddir. Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi aparılan sülh danışıqlarının müsbət nəticə verməsinə mane olur". SİA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarındakı çıxışı zamanı deyib.
O, həmçinin Azərbaycanın bölgədəki rolundan danışıraq onun Avropa ilə Asiya arasında körpü rolunu oynadığını deyib: "Biz Avropa ilə Asiya arasında və regional enerji layihələrinin həyata keçirilməsində vacib tranzit rolunu oynayırıq".
M. Məmməd-Quliyev Azərbaycanın xarici siyasi kursunun istiqamətlərinin NATO, Avropa Birliyi və Avropa Şurası və digər Avropa strukturları ilə əməkdaşlığın inkişaf etdirilməsindən ibarət olduğunu açıqlayıb: "Azərbaycan NATO ilə fəal əməkdaşlıq edir və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə öz töhfəsini verir. Bu gün Bakı Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Sədrliyin prioritetləri korrupsiya ilə mübarizə, mədəniyyətlərarası dialoqun inkişafı, insan hüquqlarının və gənclər üçün keyfiyyətli təhsilin təmin edilməsidir. Azərbaycan Avropa Birliyi ilə də əməkdaşlıqda maraqlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB