TBMM-in üzvü: "Ermənistanın işğal faktını şübhə altına almaq gülüncdür"
"Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi faktını şübhə altına almaq sadəcə gülüncdür. Türkiyə-Ermənistan münasibətlərinin həlli birbaşa olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən asılıdır". SİA-nın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyənin NATO PA-dakı nümayəndə heyətinin üzvü Ahmet Berat Çonkar Bakıda NATO Parlament Assambleyasının (PA) "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının açılışında deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Ermənistanla münasibətlərində pozitiv köklənib, lakin xüsusilə də 1915-ci il hadisələrinə dair Ermənistan tərəfindən səslənən mənasız ittihamlar, Ermənistanı arzu olunan nəticələrə gətirib çıxarmayacaq və yalnız bu ölkənin vəziyyətini daha da ağırlaşdıracaq: "Vaxtilə Ermənistanın Konstitusiya Məhkəməsi Türkiyə-Ermənistan protkollarının üstündən xəttə çəkdi"
Qeyd edək ki, seminarda iştirak Ermənistan parlamentinin nümayəndələri Türkiyəni bu ölkəni blokadada saxlamaqda və Azərbaycana dəstək verməkdə ittiham ediblər. Onların fikrincə, bu regionda sülh və sabitliyin yaranmasına mane olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB