Aydın Hüseynov: “Müxalifət heç bir halda dövlət maraqlarına qarşı çıxmamalıdır” AÇIQLAMA
"Radikal müxalifətinin normal düşüncəli, sivil müxalifətçilik amillərindən bir fərqi də ondadır ki, onların əsas qayə və məqsədləri xalqa, dövlətə qarşı müxalifətçilik etmələridir". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qeyri-konstruktiv düşərgənin bu və ya digər məsələlərdə Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxaraq, bununla da erməni "dəyirmanına su tökmələri"nə münasibətini bildirərkən deyib.
YAP rəsmisinin sözlərinə görə, istər ölkəmizə qarşı çıxış edən bəzi beynəlxalq təşkilatların, istərsə də Qərb dövlətlərinin QHT qurumlarının hər hansı hesabat və bəyanatlarından sonra radikalların çıxışları heç də Ermənistanın Azərbaycana qarşı sərgilədiyi rəsmi mövqeyindən fərqlənmir: "Gəlin bir məqama nəzər salaq. Azərbaycan hakimiyyəti hansısa beynəlxalq qurum tərəfindən ədalətsiz şəkildə tənqid olunur, ortada qərəzin olduğu da göz qarşısındadır. Bu zaman erməni lobbisinin də maliyyələşdirdiyi həmin qurumlar öz hesabatlarını yaydıqdan sonra dərhal Ermənistan mətbuatı başlayır ölkəmiz, dövlətimiz əleyhinə yazılar yazmağa. Məsələ də bundadır ki, radikal müxalifətə məxsus mətbuatda da eynilə erməni mətbuatı qədər, hətta bəzən ondan da aşırı dərəcədə məqalələr yer almağa başlayır. Sanki erməni mətbuatı ilə Azərbaycanın müxalifət mətbuatı sözü bir araya qoyurlar. Bu baxımdan, hesab edirəm ki, qərəzli, şişirdilmiş mövzuları gündəmə gətirməklə, əslində müxalif qüvvələr ictimaiyyətin gözü qarşısında daha da rüsvay olurlar. Çünki normal düşüncəli insanlar bunların hansı məqsəd daşıdıqlarını yaxşı bildirlər. Eyni zamanda, insanlar da anlayırlar ki, müxalifət heç bir halda dövlət maraqlarına qarşı çıxmamalıdır".
Aydın Hüseynov ABŞ-da keçirilən dinləmələrdə ölkəmiz haqqında irəli sürülən pozitiv məqamlara da toxunaraq deyib ki, radikal müxalifət bu faktorları kənara qoyaraq, hər hansı bir tövsiyə xarakterli çıxışı tamamilə başqa istiqamətə yönləndirməyə cəhd göstərdi: "Ancaq nə oldu? Görünən budur ki, onların bu cəhdləri nəticəsiz qaldı. Çünki bu gün istər ABŞ olsun, istərsə də digər Qərb dövlətləri olsun, onların hər birinin Azərbaycanla strateji, iqtisadi və başqa məsələlərdə əməkdaşlıq maraqları var və bu maraq kifayət qədər böyükdür. Ona görə də erməni tərəfi məhz bu marağın qarşısını almağa çalışır və çox təəssüf ki, azərbaycanın radikal müxalifəti burada ermənilər qədər rol almağa başlayırlar. Əgər belədirsə, onların özlərini gah millətçi, gah demokrat, gah da ədalət uğrunda mübarizə aparanlar qismində təqdim etmələri qətiyyən yolverilməzdir. Düşünürəm ki, bu müxalifət artıq hakimiyyətə yiyələnə bilməyəcəyini anlasa da bununla barışmaq istəmir. Ancaq onlar dərk etməlidirlər ki, reallıqla barışmaq lazımdır, nə qədər ki, gec deyil".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB