"ABŞ böyük güc olduğuna görə, belə düşünülür ki, bu dövlət dünyaya öz istədiyi dərsi keçə bilər. Kimsə bu dərsdən nəyisə götürmək istəmirsə, onda həmin dövlətə qarşı müqavimət artır və problemlər yaşanır". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa ABŞ-ın zaman-zaman Azərbaycana və post-sovet ölkələrinə demokratiya dərsi keçmək cəhdlərinə münasibət bildirərkən deyib.
Onun fikrincə, bu məsələ ədalətə deyil, güc faktoruna əsaslanır.
Millət vəkili eyni zamanda ərəb baharı mövzusuna da toxunaraq bildirib ki, burada kütlələrin özünün də böyük dinamikası var, ona görə də onlar bu baharı yaşaya bilmədilər: "Ərəb baharı bu cəmiyyətlərdə demokratiya istəyən çoxluğun iradəsini əks etdirən hadisə deyildir. Ona görə də ərəb ölkələri öz baharlarını yaşaya bilmədilər. Bəzən yaşaya bilsələr belə, Amerikanın müdaxiləsi ilə durdurulurlar. Bunu Misirdəki hərbçilərin hakimiyyətə gəlmələri ilə sübuta yetirmək mümkündür. Bu baxımdan, ABŞ həlledici olmasa da, müəyyən gücə malikdir. Məhz güc amili vasitəsi ilə bu kimi proseslər də yaranmaqdadır".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB