Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan parlamenti Məclisinin sədri Kabibulla Djakupovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın məlumatına görə, K.Djakupov prezident Nursultan Nazarbayevin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb.
K.Djakupov ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edib. Sonra o, Qazaxıstanın Avrasiya Universitetində Heydər Əliyevin adını daşıyan Mərkəzin yaradılmasının əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdikləri qarşılıqlı dəstəyin önəmi vurğulandı, iqtisadi, nəqliyyat, Xəzərdə əməkdaşlıq, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əlaqələrimizin səviyyəsinin razılıq doğurduğu bildirilib, münasibətlərimizin möhkəmləndirilməsində dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərin rolu xüsusi qeyd olunub.
Söhbət zamanı Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakı iclasının əməkdaşlığımızın daha da möhkəmləndirilməsi baxımından faydalı olacağı bildirilib.
Prezident İlham Əliyev N. Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB