Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Binəqədi rayonu ərazisində yaşayan məcburi köçkünlərlə görüşəcək. Komitədən SİA-ya verilən məlumata görə, Baş nazirin müavini Əli Həsənov məcburi köçkünləri 17 iyun tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında qəbul edəcək.
Qəbula yazılma saat 9.00-dan 10.00-dək Binəqədi Rayon İcra Hakimiyyətində təşkil ediləcək.
Qəbul saat 10.00 - dan başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB