Fərəc Quliyev: “İki ölkənin münasibətlərinə məmurlar və diplomatlar kölgə salmamalıdır” AÇIQLAMA
"Hesab edirəm ki, Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Riçard Morninqstarın söylədiklərinə qarşılıq olaraq tutarlı və diplomatik cavab verdi. Həmin cavab isə hər kəsin ümumiləşdirilmiş cavabı kimi səsləndirilə bilər". Bunu SİA-ya millət vəkili Fərəc Quliyev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycan hakimiyyətinin ünvanına söylədiyi sözlərin tam arxasında dayanmasına dair fikirlərinə münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, diplomat ölkə arasındakı münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün fəaliyyət göstərməlidir: "Bununla belə ABŞ-Azərbaycan arasındakı münasibətlər strateji tərəfdaşlıq mahiyyəti daşıyır. Biz hesab edirik ki, iki ölkənin münasibətlərinə bəzi məmurlar və diplomatlar kölgə salmamalıdırlar. Biz Amerika ilə dost münasibətləri qurmuşuq və bundan sonra da bu əlaqələri davam etdirməkdə istəkliyik. Təbii ki, tək-tək adamların münasibətləri bizim əlaqələrə kölgə sala bilməz.
Hərhalda hesab edirəm ki, səfir ehtiyatsız davranıb. Çünki o, Azərbaycanın daxili işlərinə qarışan davranış nümayiş etdirib və bu da beynəlxalq konvensiyalara zidd amildir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB