"Onlar eyni mərkəzdən idarə olunurlar və ağına-bozuna baxmayaraq, kimi gəldi xarici təşkilatlara "repressiya qurbanı" kimi təqdim edirlər. Yanlış bir yanaşmadı və hesab edirəm ki, bu cür halın yaranmasına da heç bir ehtiyac yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunusun "Repressiyalara Qarşı Müqavimət Mərkəzi" adlı qurum yaratmasına münasibətini açıqlayarkən deyib.
"Bu insan nə zaman özünə qarşı bir hərəkət görsə, dərhal belə çıxışlar edir, indi də "Repressiyalara Qarşı Müqavimət Mərkəzi" yaratdığını bəyan edir" -deyən Akif Nağı, Leyla Yunusun ictimaiyyətə qeyri-səmimi bəyanat verdiyini qeyd edib: "Düşünürəm ki, bu, tamamilə qeyri-səmimi bir yanaşmadır və ümumiyyətlə, inanmıram ki, hər hansı dəstək qazansın. Bu gün Azərbaycanda hər şey hüquq müstəvisində həll olunur. Bu baxımdan, separatçıların, yaxud da erməni xüsusi xidmət orqanlarına işləyənlərin də qərarları hüquq müstəvisində verilib. Əgər bu gün hər kəs öz fantaziyasına görə hərəkət etsə ki, onda biz hər hansı müsbət nəticəyə gələ bilmərik. Bu gün Azərbaycanda normal məhkəmə sistemi var və hər kəs bu sistemə hörmətlə yanaşmalıdır".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB