Nərimanov rayon məktəbliləri növbəti dəfə qalib oldu

Nərimanov rayon məktəbliləri növbəti dəfə qalib oldu

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında XXVI spartakiada keçirilib. SİA-nın məlumatına görə, XXVI spartakiada proqramına daxil olan dama, şahmat, stolüstü tennis, qızlar və oğlanlar üçün voleybol, dördnövçülük, basketbol, mini-futbol, Cırtdan və güllə atıcılığı növləri üzrə yarışlarından sonra Nərimanov rayonu 49 xalla 1-ci yerə layiq görülüb. Daha sonra Nizami rayonu 50 xalla 2-ci yeri, Qaradağ rayonu 57 xalla 3-cü yerləri bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə