Hikmət Babaoğlu: “Azərbaycan-Türkiyə əməkdaşlığına yeni bir platforma əlavə olundu” AÇIQLAMA

Hikmət Babaoğlu: “Azərbaycan-Türkiyə əməkdaşlığına yeni bir platforma əlavə olundu” AÇIQLAMA

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı ilə Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlığına yeni bir platforma əlavə olundu. Təbii ki, bu çoxtərəfli əməkdaşlıq platformasıdır". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirakına münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, əgər biz rəqəmlərə nəzər salsaq görərik ki, iki dövlət arasında çox geniş əməldaşlıq üçün iqtisadi və insani resurslar var: "Həmçinin etno-siyasi coğrafiyada onların heç mədəniyyət problemləri belə yoxdur. Bu isə iqtisadi, siyasi və mədəni inteqrasiya üçün böyük stimul yaradır. Eyni zamanda Türkdilli ölkələrin ərazisində olan bir sıra ortaq, mədəni tarixi millətlər var ki, onlar da iqtisadi əməkdaşlıq üçün çox gözəl mənəvi baza yarada bilər. Bu mənada hesab edirik ki, Türkdilli Dövlətlərin rəhbərlərinin bu görüşü ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına yeni məqamı inteqrasiyanın formalaşmasına və s. kömək edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə