Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Ukraynanın paytaxtı Kiyevə gedəcək. MM-dən SİA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputat Çingiz Əsədullayev və digər rəsmi şəxslər daxildir.
Səfər zamanı Milli Məclisin sədri və onu müşayiət edən şəxslər Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimində iştirak edəcəklər. O. Əsədovun tədbirə qatılan nümayəndə heyətlərinin başçıları ilə görüşləri də nəzərdə tutulub.
Səfər iyunun 7-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB